Hakan Şükürü 4 il həbs gözləyir

Türkiyənin məşhur keçmiş futbolçusu, siyasətçi Hakan Şükür məhkəməyə verilib. Musavat.com bildirir ki, Tvitter hesabından paylaşdığı mesajlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi səbəbi ilə AKP-dən sabiq millət vəkili Hakan Şükür haqqında 4 ilə qədər həbs cəzası istənilir. Məlumata görə, fevralın 15-də sosial şəbəkədə paylaşdığı mesajlarda prezident Rəcəb Tayyib Ərdoğanı və onun oğlunu təhqir etməsi ilə bağlı açılan araşdırma tamamlanıb.

Qeyd edilir ki, Bakırköy 28-ci Cəza Məhkəməsi məhkəmə işi ilə bağlı gün təyin edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31