Luis Enrike: "O qədər yaxşı oynadıq ki..."
24 Fevral 2016 12:16 İdman"Oyunumuzdan razıyam. Komandam bir çox mövqedə o qədər yaxşı idi ki, dəyişiklik etməyimə ehtiyac olmadı. Pressinqlər etdik, "Arsenal"ı çətin vəziyyə saldıq. Futboldan anlayan insanlar bilirlər ki, hər iki hissədə yaxşı oynadıq". Qol.az bildirir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalında "Arsenal"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
"Arsenal" mütəmadi olaraq təhlükəli epizodlar yaratmağa çalışan komandadır. Belə bir komandaya qarşı necə oynamaq lazım olduğunu bilirik. Rəqibin əks-hücumlarda da yaxşı oynadığının şahidi olduq", - deyə o bildirib.
L.Enrike layiqli qələbə qazandıqlaını vurğulayıb:
"2:0 hesabı yaxşı nəticədir. Amma turun taleyi həll olunmayıb. Doğma meydanda qalib gələrək növbəti mərhələyə yüksəlməyə məcburuq".