""Barselona"nın ruhunu sındırmaq çətindir"
24 Fevral 2016 12:08 İdman"Arsenal" Çempionlar Liqasının 1/8 final mərhələsində keçirdiyi ilk oyunda "Barselona"ya uduzub - 0:2. Goal.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Arsen Venqer "Kamp Nou"dakı cavab qarşılaşmasında sonadək mübarizə aparacaqlarını bildirib.
"Biz üstünlüyü ələ alıb qol vurmağa yaxın olanda "Barselona" fərqləndi. Eyni hadisə ötən il "Monako" ilə oyunda baş vermişdi. Bu cür sadəlövhlük əhvalımı korlayır. "Barselona"nın əks-hücumlarına imkan yaratmalı deyildik. Əsasən buna nail olduq. Cəhdlərinə görə komandanı alqışlamaq lazımdır. Ən asan şey kimisə ittiham etməkdir. Yüksəkdə olduğunu düşündünsə, "Barsa" səni öldürür. Rəqib bizdən daha yaxşı olduğunu göstərdi. Onlar növbəti mərhələyə vəsiqəni 95% həll ediblər. Amma səfərdə sona qədər döyüşmək istəyirik. "Arsenal" meydana çıxıb mübarizə aparmalıdır. Demək olar ki, şansımız qalmayıb. İstənilən halda, cavab görüşünü düşünürük. "Barselona"nın ruhunu sındırmaq çətindir. O, Avropa və dünyanın ən yaxşı klubudur. Mənə elə gəlir ki, bu gün qələbə qazana bilərdik. Təəssüf ki, alınmadı".