Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşir

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərinə start veriləcək. Apasport.az  bildirir ki, ilk gündə bir qarşılaşma baş tutacaq.

İlk 1/8 finalçı "Braqa" - "Syon" cütlüyündən biri olacaq. Oyunöncəsi üstünlük Portuqaliya klubunun tərəfindədir. Çünki "Braqa" İsveçrədəki matçda 2:1 hesabı ilə qalib gəlib.

"Syon" mübarizəni davam etdirmək üçün səfərdə 2 top fərqli qələbə qazanmalıdır. Lakin bu, heç də inandırıcı görünmür. Ən əsası ona görə ki, bu mövsüm qeyri-stabil nəticələr göstərən "Syon" hazırda İsveçrə çempionatında 7-ci pillədə qərarlaşır.

Son 11 rəsmi matçda məğlubiyyət üzü görməyən "Braqa" isə daxili birincilikdə yalnız "Sportinq", "Benfika" və "Porto"dan geri qalır.


Avropa Liqası
1/16 final, cavab görüşü

24 fevral

21:00. "Braqa" (Portuqaliya) - "Syon" (İsveçrə) (ilk oyun 2:1)
Hakimlər: Liran Liani, Danni Krasikov, David Elias Biton, Nissan Davidi
Əlavə köməkçi hakimlər: Roi Reinşreyber, Eli Haçmon (hamısı İsrail)
Braqa. "Munisipial" stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31