UEFA-dan ŞOK TƏYİNAT: "Qalatasaray"ın oyununa rusiyalı hakim...

Avropa Liqasında "Qalatasaray"ın çətin "Latsio" səfərinə rusiyalı hakim təyinat alıb. Lent.az-ın məlumatına görə, sabahdan Avropa Liqasının 1/16 final mərhələsində cavab oyunlarına start veriləcək. "Qalatasaray" isə Romada "Latsio"nun qonağı olacaq. İstanbulda  qollu heç-heçəyə edən "aslanlar" mübarizəni davam etdirmək üçün ya qələbə qazanmalı, ya da bol qollu bərabərliyə nail olmalıdır. Oyunun baş hakimi rusiyalı referi Vladislav Bezborodov olacaq.

Türkiyənin Avroliqadakı  digər təmsilçisi  "Fənərbaxça" öz meydanında 2 cavabsız qolla məğlub etdiyi "Lokomotiv"lə bu dəfə Moskvada üz-üzə gələcək. Türkiyədə olduğu kimi, ruslar da qarşılaşma zamanı hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər. Həmçinin UEFA da Moskvaya əlavə nümayəndə göndərəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31