"Ronaldu və Messinin Amerikada oynaması realdır"
23 Fevral 2016 19:27 İdmanMLS-də çıxış edən tanınmış futbolçular Messi və Ronaldunun gələcəkdə Amerika Liqasına gəlməsini istəyirlər. Goal.az xəbər verir ki, Lempard və Kaka bu barədə fikirlərini "CNN" kanalının müxbiri ilə bölüşüblər. "Bu real ehtimaldır. Onlar Amerikada isti qarşılanarlar. Xüsusilə, Ronaldonu MLS-də təsəvvür edirəm. Buradakı həyat tərzi ona uyğundur. Kriştianu şou adamı və böyük futbolçudur". "Real"da Ronaldu ilə birlikdə oynamış Kaka da eyni fikirdədir. "Orlando City"nin yarımmüdafiəçisi: "Ronaldu və Messi nə vaxtsa MLS-də oynayacaqlar. Bu müxtəlif amillərdən asılı olacaq. Hər ikisi daha öncə bu istəyini ifadə edib. Amerika onların xoşuna gəlir", - deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31