"Futbolçu hazır deyilsə, adının Van Persi olması məni maraqlandırmır"
23 Fevral 2016 14:23 İdman"Fənərbağça"nın baş məşqçisi Vitor Pereyra hollandiyalı hücumçu Robin van Persinin oyun vaxtının azlığından narazılıq etməsinə toxunub. Goal.az bildirir ki, Pereyra təcrübəli forvardın daha yaxşı çalışmalı olduğunu nəzərə çatdırıb.
"Van Persi mövsümün böyük hissəsində tam hazır deyildi. Son vaxtlar tədricən artırır. Futbolçu daha çox oynamaq istəyirsə, məşqlərdə özünü yaxşı tərəfdən göstərməlidir. Kimsə müntəzəm meydana çıxmırsa, deməli, hazırlığı buna imkan vermir. Bir-birinə hörmətlə yanaşmaq lazımdır. Kimi, nə vaxt oynatmağa yalnız mən qərar verirəm. Oynamaq şansını haqq edən onu alacaq. Amma futbolçunun hazır olmadığını qət etsəm, onun Van Persi və ya başqası olması məni maraqlandırmır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31