Basketbolçularımız ikinci oldu

Xəbər verdiyimiz kimi, U16 yığma komandamız Həştərxanda keçirilən Yeniyetmə Basketbol Xəzər Liqasının birinci mərhələsinə qatılıb. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Atırau" (Qazaxstan) məğlubiyyətindən sonra (77:79) Samit Nuruzadənin yetirmələri Türkmənistan (76:64 /15-9, 13-23, 29-13, 19-19/) və Həştərxan (89:47 /24-11, 21-9, 24-11, 20-16) komandalarını yendilər. Ümumiyyətlə Xəzər Liqasının ilk mərhələsində Türkmənistanla oyunda bəzi səhfləri çıxmaq şərti ilə komandamız çox yaxşı təsir bağışlayıb. Belə ki, Həştərxan komandası ilə qarşılaşmanın dördüncü hissəsində Samit Nuruzadə həsabda böyük fərqi nəzərə alaraq meydana ehtiyat heyyətini buraxdı. Buna baxmayaraq bu hissədə də basketbolçularımız Həştərxan həmyaşıdlarını 20-16 hesabılə məğlub etdilər.
Qeyd edək ki, gənc komandamızın bütün oyunçuları mərhələ boyu yaxşı oyun sərgiləməyə çalışdılar. Təbii ki, oyunlarda buraxılan müəyyən qüsurların aradan götürülməsi üçün baş maşqçinin kifayət qədər vaxtı var. Yekunda Həştərxanda komandamız ikinci yerə sahib oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31