“Qalatasaray” – “Trabzonspor” görüşünün hakimi mövsümün ən aşağı qiymətini alıb

Türkiyə Superliqasının XXII turunda keçirilən "Qalatasaray" - "Trabzonspor" görüşünün baş hakimi Dəniz Atəş Bitnelin idarəçiliyi mövsümün ən aşağı qiymətinə layiq görülüb. Apasport.az saytının "Hürriyət" qəzetinə istinadən xəbərinə görə, qalmaqallı matçın hakimin idarəçiliyi 6.5 balla qiymətləndirilib. Bu, FİFA referisi adını daşıyan Bitnelin hakimlik karyerasına böyük zərbə kimi qiymətləndirilib. Hakimlər Komitəsinin Dəniz Atəş Bitnelə ağır cəza tətbiq edəcəyi bildirilir. Adətən bu cür hallarda referi minimum 4 oyunluq cəzalandırılır. Lakin Bitnelin daha sərt cəzaya məruz qalacağı, hətta mövsümü bitirəcəyi ehtimal edilir.

Qeyd edək ki, "Qalatasaray"ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Bitnel "Trabzonspor"un 4 futbolçusuna qırmızı vərəqə göstərib. Qonaqların 7 nəfərlə tamamladığı matçda o, "bordo-mavililər"dən Özər Hurmacı, Aykut Dəmir, Luis Kavanda və Salih Dursunu meydandan qovub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31