Cüdo üzrə milli komandamız çıxışını başa vurub

"OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turnirində çıxışını yekunlaşdırıb. Mötəbər turnirdə Rüstəm Orucovun (73 kq) çıxışı daha uğurlu olub. Orucov Qran-Prinin gümüş medalını qazanıb. Millimizin digər iki üzvü - Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) beynəlxalq turnirdə 7-ci olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31