Futbolçu "Barselona" və "Real"ın təklifini rədd etdi
22 Fevral 2016 18:30 İdman"Real" və "Barselona"nın iddia etdiyi Serxio Aquero hazırkı klubu "Mançester Siti"ni tərk etmək fikrində deyil. Goal.az xəbər verir ki, 27 yaşlı hücumçu karyerasının sonuna qədər "şəhərlilər"in heyətində qalmaq istəyini rəhbərliyə çatdırıb. Argentinalı forvard mövsümün sonunda Qvardiolanın baş məşqçi təyin olunmasından razı qalıb. Aquero, həmçinin klubla müqaviləsini 2020-ci ilə qədər uzatmaq istəyir. "Barselona" 2014-cü ildə onu heyətə cəb etmək istəsə də, "Mançester Siti" ilə razılığa gələ bilməmişdi. Katalonlar əvəzində "Liverpul"dan Luis Suarezi transfer etmişdi. Bundan sonra Aquero Leo Messini Mançesterə gətirməyə cəhd etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31