Derbi böyük qalmaqalla bitdi: Futbolçu hakimə qırmızı vərəqə göstərdi

Baş hakim isə futbolçunu meydandan qovub

Türkiyə çempionatının  22-ci turu çərçivəsində derbi oyunu keçirilib. ANS PRESS-in məlumatına görə, "Qalatasaray" "Trabzonspor" ilə qarşılaşıb. Qarşılaşmada 4 futbolçu meydandan qovulub. Oyunun baş hakimi Dəniz Ateş Bitnel "Trabzonspor"un 4 futbolçusuna qırmızı vərəqə göstərib.

Qarşılaşma Ankarada terror hadisəsinə görə 1 dəqiqəlik sükutla başlayıb. Ev sahibləri əvvəl hesabda geridə olsa da sonda qalib gələ biliblər. Matçda qeyri-adi hadisə baş verib. "Trabzonspor" klubunun futbolçusu Salih Dursun hakimə qırmızı vərəqə göstərib. Lakin oyunun baş hakimi idmançıya yaraşmayan hərəkətinə görə futbolçunu meydandan qovub.

"Qalatasaray" - "Trabzonspor" - 2:1

Qollar: Podolski, 63, Səlcuq, 89 (pen.) - Erkan Zengin, 25 (pen.)

Qırmızı vərəqələr: Özər,( 59), Demir, (70), Kavanda, (86), Salih, (86) (hamısı "Trabzonspor")

Türkiyə çempionatının turnir cədvəlində 22 oyundan 50 xalı olan "Fənərbaxça" birinci, 20 oyundan 48 xal toplayan "Beşiktaş" ikinci, 22 oyundan 37 xal yığan "Qalatasaray" isə üçüncüdür. Bu gecə "Beşiktaş" "Gənclər birliyi" ilə doğma azarkeşlər önündə qarşılaşacaq. "Qartallar" qalib gəldiyi halda turnir cədvəlində lider olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31