"Milan"ın eks futbolçusu MLS klubunda

"Milan"ın keçmiş futbolçusu Antonio Noçerino karyerasını MLS təmsilçisi "Orlando City"də davam etdirəcək. Goal.az xəbər verir ki, neapollu futbolçu adıçəkilən klubda 2016 MLS mövsümünün sonuna kimi müqavilə imzalayıb. "Milan" fevralın 18-də 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozduğundan "Orlando City" bu transferə pul ödəməyib.

Noçerino "Milan"a 2011-ci ildə "Palermo"dan keçmiş və ilk mövsümündə 10 qol vurmuşdu. Sonrakı illərdə bu formasından uzaqlaşan futbolçu "Vest Ham", "Torino" və "Parma"da icarə əsasında çıxış etmişdi. Bu mövsüm italyan oyunçu meydanda cəmi 71 dəqiqə keçirib. "Milan" onun əvəzinə əsas komandaya ehtiyat heyətdən 18 yaşlı Manuel Lokatellini gətirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31