Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxdı
19 Fevral 2016 17:41 İdmanBu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə azərbaycanlı gimnast Oleq Stepko halqalarla hərəkətlər üzrə finala çıxıb. Trend-in məlumatına görə, təsnifatın yekunları üzrə o, 14,650 bal toplayaraq üçüncü yeri tutub. Təsnifatda ən yaxşı nəticəni 15,050 bal toplamış türkiyəli gimnast İbrahim Çolak göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31