"Real"ın əfsanəsi: "Çempionlar Liqasının favoriti "Barselona"dır"

"Real"ın sabiq baş direktoru Xorxe Valdano maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "kral klubu"nun əzəli rəqibi "Barselona"nın ünvanına tərif yağdırıb. Valdanonun fikrincə, "Real"ın ən böyük problemi Alfredo di Stefano kimi oyunçusunun olmamasıdır: ""Barselona"nın öz siması var. Bu, Lionel Messidir. "Real"ın sonuncu dəfə belə oyunçusu di Stefano olub. Etiraf etmək lazımdır ki, hazırda Çempionlar Liqasının favoriti "Barselona"dır. Amma onlar tək deyillər. "Bavariya"nın da adını qeyd etmək lazımdır. Amma "Bavariya"da zədəlilər çox olsa, "Yuventus" 1/8 finalda onları üstələyə və finala qədər gedə bilər".

Qeyd edək ki, Xorxe Valdano 1984-1987-ci illərdə "Real"ın formasını geyinib, bu klubla 2 dəfə (1985/86, 1986/87) La Liqa çempionluğunu, 2 dəfə də (1984/85, 1985/86) UEFA Kubokunu qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31