Qvardiola "Real"ın futbolçusunu istəyir

Yayda "Mançester Siti"nin sükanı arxasına keçəcək Xosep Qvardiola bəzi transfer hədəflərini indidən müəyyənləşdirib. Qranit Cakanı gözaltı edən katalon mütəxəssis indi "Real"ın yarımmüdafiəçisi Toni Kroosa diqqət yetirir. Goal.az xəbər verir ki "As" nəşrinə istinadən xəbər verir ki, Qvardiola "Siti"nin idman direktoru Beqiriştaynla bu barədə fikirlərini bölüşüb. Kroos klubunu dəyişmək fikrində olmasa da, ingilis klubu mövsümün sonunda yeni təklif hazırlamağı planlaşdırır. Rəhbərlik Qvardiolanın transfer işinə 200 milyon avro vəsait ayıracaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31