Atletika idmanı üzrə Azərbaycan birinciliyinə start veriləcək
18 Fevral 2016 18:14 İdmanFevralın 19-20-də Respublika Olimpiya Mərkəzində (Manej) atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışda 2001-2002-ci il təvəllüdlü oğlan və qız idmançılar mübarizə aparacaqlar. Yarışlar 19 və 20 fevral saat 14:00-dan etibarən başlayacaqdır. Mükafatlandırma mərasimi atletikanın hər fənni üzrə qaliblər müəyyən olunandan sonra keçiriləcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31