FİFA Bekkenbaueri cərimələyib

FİFA-nın Etika Komitəsi Almaniya və dünya futbolunun əfsanəsi Frans Bekkenbaueri cərimələyib. Goal.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. 71 yaşlı sabiq futbolçu 7 min İsveçrə frankı cərimələnib. Buna səbəb Bekkenbauerin Etika Komitəsinin Nizamnaməsinin 42-ci maddəsinə əsasən əməkdaşlıq öhdəliyini pozmasıdır. Sabiq futbolçu komitə tərəfindən aparılan araşdırmalara futbol rəsmisi kimi davranışı ilə dəstək vermədiyi üçün cərimələnib. Bu isə Komitənin Nizamnaməsinin 13-cü maddəsinin pozulması deməkdir. Açıqlamada həmçinin, 2006-cı il dünya çempionatının Almaniyada keçirilməsi ilə bağlı aparılan istintaqda Bekkenbauerin məsələylə heç bir əlaqəsi olmadığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31