Çempionlar Liqasında 1/8 finalın növbəti oyunları keçirilib

Fevralın 17-də Çempionlar Liqasında 1/16 final mərhələsinin oyunları keçirilib.

Trend-in məlumatına görə, İtaliyanın paytaxtında "Roma" Madrid "Realını" qəbul edib. Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Ronaldu, 57 (0:1), Xese, 86 (0:2)

Həmçinin, "Volfsburq" səfərdə Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. Beş qolun vurulduğu görüşdə Almaniya klubu 3:2 hesablı qələbəyə sevinib.

Qollar: Draksler, 44 (0:1), 54 (0:2), Kruse, 60 (0:3), Kums, 80 (1:3), Koulibali, 89 (2:3)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31