Fransa futbolunda şok olay: Polis bölməsini yandırdılar

Fransa Liqa 1-də keçirilən "Reyms" - "Bastia" matçı sonrası xoşagəlməz hadisələr yaşanıb. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra polislə qonaq azarkeşlər arasında qarşıdurma olub. Nəticədə "Bastia" fanatları polis bölməsinə hücum ediblər. Bu zaman onlar molotov kokteylindən istifadə etməkdən də çəkinməyiblər. Məsələ burasındadır ki, qonaqları əsəbləşdirən polislərin onlara təzyiq etməsi olub. Bir azarkeşinin gözünün çıxması xəbəri də onları lap hiddətləndirib. Məsələ ilə bağlı açıqlama verən "Bastia" azarkeşlərinin rəhbəri bildirib ki, bu hadisənin qarşılaşma ilə heç bir əlaqəsi yoxdur: "Polis davranışına fikir vermək məcburiyyətindədir. Onlar öz keflərinə görə davranmalı deyillər".

Qeyd edək ki, qarşılaşma 1:0 hesabı ilə "Bastia"ın xeyirinə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31