“Kəpəz”in “7”ləri
16 Fevral 2016 18:58 İdmanTopaz Premyer Liqasının XXI turu "Kəpəz"in məğlubiyyətsiz oyunlar seriyasının qırılması ilə nəticələnib. SİA-nın məlumatına görə, öz meydanında "Qarabağ"a 1:2 hesabı ilə yenilən Gəncə təmsilçisi bunadək 7 tur meydanı xalsız tərk etməmişdi. Ötən il noyabrın 21-də səfərdə Ağdam klubuna 0:3 hesabı ilə uduzan Şahin Diniyevin yetirmələri 85 gündən sonra xalsız qaldı. "Qarabağ"a uduzduqları iki oyun arasındakı dövrdə qərblilər 4 qələbə qazanıb, 3 heç-heçə edib.
"Kəpəz"in evdəki məğlubiyyətsizlik seriyası da 7-də dayanıb. Cari mövsüm ilk ev yenilgisini "Qarabağ"dan alan qərblilər ikinci məğlubiyyətə də eyni komanda ilə matçda üzülüb. Sentyabrın 20-də 2:3 hesabı ilə uduzan gəncəlilər 147 gündə evdə keçirdiyi matçlarda 4 qələbə əldə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31