"Barselona" Neymarla razılığa gəldi

"Barselona" futbolçusu Neymarla müqaviləni uzadacaq. Qol.az bildirir ki, artıq bununla bağlı tərəflər arasında ilkin razılıq əldə edilib. Bildirilib ki, yeni müqavilə ilə Neymar komanda yoldaşı Lionel Messidən sonra Kataloniya klubundan ən yüksək maaş alan ikinci futbolçu olacaq.

Qeyd edək ki, Neymar bu mövsüm La Liqada oynadığı 20 matçda 17 qol vurub və 9 qolun ötürməsini verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31