Taekvondoçularımızdan 2 bürünc medal
16 Fevral 2016 11:58 İdmanTürkiyənin Antalya şəhərində taekvondo idman növü üzrə təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı "TURKİSH OPEN" beynəlxalq turnirin ikinci günü yarışa 6 idmançı ilə qatılan gənclərdən ibarət yığma komandamız da aktivinə 2 bürünc medal əlavə edib. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, gənclər yığmasının kapitanı,- 68 kq çəki dərəcəsində mübarizəyə qoşulan Əliəsgər Əliyev və Orxan Tağızadə (+78 kq) yarımfinada məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31