Bu axşam meydanda Türk - Rus savaşı başlayır

Verilən qərar türkləri hərəkətə gətirdi

Bu gün baş tutacaq "Fənərbaxça" - "Lokomotiv" qarşılaşması öncəsi UEFA ciddi qərar qəbul edib. Anspress-in məlumatına görə, qitənin ali futbol qurumu Avropa Liqasının bu oyununu "Yüksək riskli qarşılaşma" kimi qiymətləndirib.

Bu səbədən oyuna əlavə UEFA nümayəndəsi təyin olunub və ən xırda detallara belə nəzarətdə olacaq.

Yaşana biləcək hər hansı gözlənilməz hadisəni önləmək üçün klubun rəsmi saytından azarkeşlərə müraciət olunub. Həmin müraciətdə vurğulanır ki, 2012-2013-cü il mövsümündən bəri icrası təxirə salınmış qərar və sanksiyalar UEFA-nın nəzarətindədir.

Fanatların törədəcəyi ən kiçik iğtişaş belə "Fənərbaxça"nın ciddi cəzalandırılmasın, hətta avrokuboklardan uzun müddətə uzaqlaşdırılmasına bəhana verə bilər. Klub rəhbərliyi azarkeşlərdən diqqətli olmağı, hər hansı bir təxriabata uymamağı xahiş edib.

Eyni zamanda, İstanbula gələn rus azarkeşlərə də ehtiyatlı olmaq, oyundan əvvəl şəhərdə "Lokomotiv" formalarıyla gəzməmək tövsiyyə olunub.

Qeyd edək ki, mərhələnin digər qarşılaşmaları fevralın 18-də keçiriləcək.

Avropa Liqası

1/16 final, ilk oyunlar

16 fevral

21:00. "Fənərbaxça" (Türkiyə) - "Lokomotiv" (Rusiya)

Baş hakim: Martin Stromberqsson (İsveç)

18 fevral

22:00. "Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Porto" (Portuqaliya)

22:00. "Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)

22:00. "Midtyulland" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)

22:00. "Sevilya" (İspaniya) - "Mölde" (Norveç)

22:00. "Sent-Etyen" (Fransa) - "Bazel" (İsveçrə)

22:00. "Vilyareal" (İspaniya) - "Napoli" (İtaliya)

00:05. "Auqsburq" (Almaniya) - "Liverpul" (İngiltərə)

00:05. "Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)

00:05. "Marsel" (Fransa) - "Atletik" (İspaniya)

00:05. "Şaxtyor" (Ukrayna) - "Şalke" (Almaniya)

00:05. "Syon" (İsveçrə) - "Braqa" (Portuqaliya)

00:05. "Sparta" (Çexiya) - "Krasnodar" (Rusiya)

00:05. "Sportinq" (Portuqaliya) - "Bayer" (Almaniya)

00:05. "Valensiya" (İspaniya) - "Rapid" (Avstriya)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31