Rusiyalı futbolçuları Türkiyədə gül-çiçəklə qarşıladılar
16 Fevral 2016 07:26 İdmanÇərşənbə günü, fevralın 16-sı Bakı vaxtı ilə 21:00-da İstanbuldakı "Şükrü Saraçoğlu" stadionunda yerli "Fenerbahçe" ilə Moskvanın "Lokomotiv" futbol klubları arasında Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu başlayacaq.
Bu axşam Rusiya futbolçuları İsdtanbula gəliblər. Virtualaz.org saytı championat.com-a istinadən xəbər verir ki, Türkiyə klubunun təmsilçiləri rəqiblərini hava limanında gül-çiçəklə qarşılayıblar.
"Fenerbahçe" klubunun rəhbərliyi komandanın tərəfdarlarından oyun vaxtı stadionda siyasi şüarlar səsləndirməməyi xahiş edib.
Hazırkı vəziyyəti nəzərə alaraq, oyun xüsusi maraq və başa düşülən ehtiyatla gözlənilir. Cavab görüşü fevralın 25-də Moskvada olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31