"Mən belə penalti vurmağa cəsarət etməzdim"
15 Fevral 2016 18:14 İdman"Barselona" La Liqanın 24-cü turunda "Selta"nı 6:1 hesabıyla darmadağın edib. Katalonlar bu parlaq qələbə ilə ilk dövrədə "Ballaidos"dakı yenilginin (1:4) revanşını da alıb. Goal.az xəbər verir ki, matçdan sonra "Barselona"nın çalışdırıcısı Luis Enrike oyundan və qeyri-adi tərzdə yerinə yetirilən penalti barədə danışıb.
"Penaltinin bu cür yerinə yetirilməsində pis heç nə yoxdur. Bunu etmək qaydalara tam uyğundur. Vaxtilə Yohan Kruyff da bu tərzdə penalti yerinə yetirib. Şəxsən mən belə penalti vurmağa cəsarət etməzdim. Bunu bəyənən və əks fikirdə olanlar var. Biz titul qazanmaqla yanaşı azarkeşlərimizi əyləndirmək, qalib gəlmək və baxımlı futbol göstərməyə çalışırıq. Bu penalti məni təəccübləndirmədi. Nə olacağını əvvəldən bilirdim. Tarixi gecə? Belə deməzdim. Bizim üçün uğurlu gecə idi, çünki yaxşı rəqibi məğlub etdik. Tarixi gün titul qazanılan gündür".
"Selta"ya üstdən aşağı baxmaqdan söhbət gedə bilməz. "Barsa" futboldan həzz almaq, rəqibə hörmət etmək və malik olduğumuzu üstünlükləri göstərməliyik. Bu ölkədə böyükhesablı qələbədən çox baxımlı oyuna üstünlük verilir".