"İstanbul həbsxanasında uşaq kimi ağlayırdım"
15 Fevral 2016 18:12 İdman"Vest Ham Yunayted"in hücumçusu 2011-ci ildə İstanbul həbsxanasında keçirdiyi günləri xatırlayıb. Həmin ilin mayında "Karabükspor"un şərəfini qoruyan nigeriyalı hücumçu "Fənərbağça" ilə oyunu buraxmaq üçün zədə simulyasiyasında ittiham olunmuşdu. Tərəflər danışıqlar apardığından Emanuel Emenikenin bu yola əl atdığı deyilirdi. Goal.az xəbər verir ki, futbolçu həbsxanada qaldığı 4 gün ərzində ciddi şok yaşadığını qeyd edib.
"Mənimlə əsl cinayətkar kimi rəftar edirdilər. Bu rəftar vəhşilik idi, uşaq kimi ağlayırdım. Həmin təcrübə mənə ağır şok gətirdi. Sonradan buna görə mütəxəssisə də müraciət etməli oldum. Azadlığa buraxılanda geridə qalan dəhşətdən sonra özümü toplamaq çətin oldu. Aydındı ki, "Fənərbağça"da özümə gələ bilməyəcəkdim. Həmin vaxt söhbət puldan yox, şəxsi maraqlardan, həyatımdan gedirdi. Bu səbəbdən "Spartak"ın təklifinə dərhal cavab verdim. Azarkeşlər Moskva klubuna getməyimi istəmirdi. Lakin həbsxanada qalmaq mənə mənəvi zərər vurduğundan başqa seçimim yox idi. Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan "Fənərbağça"yə geri dönəndə emossiyalarla dolub daşırdım. Türk azarkeşlər İstanbul hava limanında məni qarşılayıb arzuolunan fiqur olduğumu mənə xatırlatdı. Artıq karyeramda yeni səhifə açılıb. Keçmişdə baş verənlər geridə qaldı".