Atçılıq idmanı üzrə İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq turnirdə çaparımız Camal Rəhimov qızıl medal qazanıb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Gənclər və İdman Nazirliyi yayıb. Yarışda 70 idmançı iştirak edib.
Qeyd edək ki, bu nailiyyəti ilə Camal Rəhimov Rio-2016 Olimpiadasında iştirak etmək üçün aktivinə daha 50 lisenziya xalı əlavə etib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31