Avropa Voleybol Konfederasiyasının prezidenti Azərbaycandadır
15 Fevral 2016 12:13 İdmanAvropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç və vitse-prezident Renato Arena ölkəmizə səfər ediblər. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfərin məqsədi ölkəmizdə keçiriləcək 2017 Avropa Çempionatı və digər məsələlər ilə əlaqədar olaraq Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseyinzadə, nazir Azad Rəhimov və Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi vitse-prezident Faiq Qarayev, baş katib Elşən İsmayılovla görüşmək və hazırlıq prossesini müzakirə etməkdir. Səfəri zamanı qonaqlar paytaxtımızda olan voleybol arenalarına baxış keçirib, Qubaya səfər ediblər.
Qeyd edək ki, 2017 Avropa Çempionatında 1 qrupunun oyunlarının Qubada keçirilməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31