Kikboksinq üzrə Azərbaycan çempionatı keçiriləcək

Fevralın 14-17-i tarixlərində kikboksinq idmanı üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarış Tofiq Bəhrəmov adına Respublika Stadionunun kikboksinq üzrə təlim-məşq bazasında baş tutacaq. Komandaların gəlmə və çəkiölçmə günü fevralın 14-də olacaq. Azərbaycan çempionatında hər komandadan 1 çəki dərəcəsində maksimum 4 idmançı iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31