Bakıda keçiriləcək Avropa çempionatının püşkatma mərasiminin vaxtı açıqlandı

Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatının stadionları rəsmən açıqlanıb. Report bildirir ki, mayın 21-dək davam edəcək çempionatın oyunları Bakı Olimpiya Stadionu, Bakcell Arena, Dalğa Arena və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Bu arenalarda ümumilikdə 31 oyun təşkil olunacaq. Çempionat UEFA və AFFA tərəfindən təşkil olunacaq. Rəsmi püşkatma mərasimi aprelin 8-də Bakıda təşkil ediləcək. Yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə 1980-ci ildə təşkil olunub. 2000-ci ilədək çempionat 16 yaşadək futbolçular arasında, 2001-ci ildən etibarən isə 17 yaşadək futbolçular arasında keçirilir. Müxtəlif illərdə Luiş Fiqu, Tyeri Anri, Ueyn Runi, Kriştianu Ronaldu, Mario Götze, Toni Krus və Jerar Pike kimi futbol ulduzları məhz bu çempionatda futbolçu karyeralarının ilk addımlarını atıblar. Bunu nəzərə alaraq, gələcəyin hansısa dünya miqyaslı futbol ulduzunun Azərbaycanda keçiriləcək çempionatda parlaması ehtimalı yüksəkdir. 2015-ci ildə çempionat Bolqarıstanda keçirilib və turnirin qalibi Fransa yığma komandası olub.

Qeyd edək ki, 2015-ci ilədək çempionat 8, 2015-ci ildən etibarən isə 16 komanda arasında keçirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31