Məkkədən Neymarın reklam şəkilləri yığışdırıldı

İslam dünyasının müqəddəs şəhəri olan Məkkədə "Barselona"nın forvardı Neymarın da şəkli olduğu reklam lövhələri yığışdırılıb. Sportnews.az bildirir ki, bu barədə yerli "Meka" qəzeti məlumat verib.

Mənbənin xəbərinə görə, Braziliya millisinin futbolçusu  McDonald's şirkətinin qidalarını reklam edirdi. Bu restoran şəbəkəsinin reklamı isə islam dəyərlərinə zidd olduğundan belə bir qərar qəbul edilib. Bundan başqa, şirkətə bundan sonra belə bir halın təkrarlanmaması üçün xəbərdarlıq da edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31