Türkiyə derbisi azərbaycanlı hakimə tapşırıldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlər Eldar Zülfüqarovla Eldar Əliyevə növbəti təyinat göndərib. Apasport.az bildirir ki, həmyerlilərimiz 2 fərqli oyun idarə edəcəklər. Belə ki, Əliyev Rusiya dueli - "Dinamo" (Kazan) - "Uraloçka" görüşündə əsas fit sahibi olacaq. Fevralın 24-də keçiriləcək cavab görüşündə onun köməkçisi finlandiyalı Kari Partyaynen olacaq. Komandalar arasında ilk oyun bu gün baş tutacaq. Zülfüqarov isə Türkiyə derbisində ədaləti qoruyacaq. Referimizə "Lokomotiv" (Azərbaycan) - "Volero" (İsveçrə) cütünün potensial rəqiblərinin - "Vakıfbank"la "Əczaçıbaşı"nın oyunu etibar edilib. Fevralın 24-də olacaq matça əsas hakim kimi italiyalı Stefano Çezare təyinat alıb. İstanbul təmsilçilərinin ilk oyununda "Vakıfbank" 3:2 hesabı ilə qalib gəlib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31