"Liverpul" rəhbərliyi azarkeşlərin etirazını nəzərə aldı
11 Fevral 2016 12:22 İdman"Liverpul" azarkeşləri "Sanderland"lə oyunda bilet qiymətlərnin artımına etiraz edəndən sonra klubun idarə heyəti toplantı keçirib. Mersisayd klubunun sahibi Con Henri, baş katibi Tom Verner və prezident Mayk Qordon bu məsələ ilə bağlı azarkeşlərə müraciət ünvanlayıblar. Goal.az xəbər verir ki, klub bilet qiymətlərini iki mövsüm ərzində dəyişdirməyəcəyini elan edib. Ən bahalı biletin qiyməti 59 funt müəyyən edilib. Ən bahalı abonomentin qiymətisə 869 funt olaraq saxlanılıb. Ən ucuz abonomentin qiyməti 25 funt azaldılmaqla 689 funta endirilib. "Liverpul" bossları buna görə azarkeşlərdən üzr də istəyiblər.
"Azarkeşlərin bizim bilet qiyməti proqramına qarşı çıxması səhv etdiyimizi göstərir. Əksər azarkeşlər ən bahalı biletin 77 funt olacağına etiraz etdi və hazırki şərtlərdə qiymət artımının ləğv ediləcəyinə inamını ifadə etdi. Onların ismarıcı bizə çatdı", - rəsmi bəyanatda deyilir.