Atletika idman növü üzrə Azərbaycan birinciliyi keçiriləcək

Fevralın 12-də atletika idman növü üzrə Respublika Olimpiya Mərkəzində (Manej) Azərbaycan birinciliyi keçiriləcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, yarışda 1997-1998 və 1999-2000-ci il təvəllüdlü idmançılar iştirak edəcək. Azərbaycan birinciliyində atletikanın tullanmalar, atmalar və qaçış fənnləri üzrə idmançılar mübarizə aparacaqlar. Yarış fevralın 13-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31