Messi 32 milyon avroya avtomobil aldı
9 Fevral 2016 18:38 İdmanParis auksionunda 1957-ci il istehsalı olan "Ferrari 335 S Spider Scaglietti" avtomobili satılıb. Publika.az xəbər verir ki, 32 milyon avroya satılan avtomobili kimin aldığı gizli saxlanılır. Ancaq "Bleacher Report" avtomobilin "Barselona"nın futbolçusu Lionel Messi tərəfindən alındığı barədə məlumat yayıb. Bu avtomobillə 1958-ci ildə əfsanəvi ingilis pilot Stirlinq Moss Formula-1 qran-prisinin qalibi olub. Avtomobilin əvvəlki sahibi daşınmaz əmlak agenti Alessandro Protodur. Onun Ronaldo ilə biznes əlaqələrinin olduğu və portuqaliyalı ulduzun da bu "gözəl"ə maraq göstərdiyi deyilir. Messinin qarajında "Ferrari F430 Spider", "Maserati GT Stradale" və "Audi R8 Spyder" də var. Bu avtomobillərin ümumi qiyməti 517 min avro dəyərindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31