Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində bu gün Azərbaycan milli komandası Rusiya yığması ilə qarşılaşacaq. Trend-in məlumatına görə, Serbiyanın Belqrad şəhərindəki "Belqrad Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, Rusiya - Azərbaycan oyunu "CBC Sport" televiziya kanalında canlı yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31