Azərbaycan birinciliyi keçiriləcək

Fevralın 18-19-da sərbəst və Yunan-Roma güləşi üzrə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan birinciliyi keçiriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışlarda 1996-1998-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər. Yarışda iştirak edəcək idmançılar aşağıdakı çəki dərəcələrində mübarizə aparacaqlar: -50 kq, -55 kq, -60 kq, -66 kq, -74 kq, -84 kq, -96 kq, -120 kq. Yarışda iştirak etmək üçün ilkin sifarişlər yarışdan 7 gün əvvəl təqdim olunmalıdır. Yarışlar Dünya Güləş İttifaqının (UWW) qaydalarına əsasən keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31