Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Fevralın 11-14-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışda Azərbaycanın bütün bölgələrindən idmançıların iştirak edəcəyi gözlənilir. Yarış fevralın 12-də start götürəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31