Rəsmi elçilər, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) F1 Avropa Qran Prisi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, bu yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə öz pərəstişkarları ilə yanaşı ümumilikdə ictimaiyyət arasında Avropa Qran Prisinin təbliğinə çalışacaqlar.

Seçilən rəsmi elçilər Azərbaycanda ilk dəfə keçiriləcək "Formula 1" yarışı haqqında məlumatın daha geniş ictimaiyyətə çatıdırılmasında böyük potensiala sahibdirlər. Ötən il Bakı 2015 ilk Avropa Oyunlarında uğurla iştirak etmiş könüllülər komandasının ulduz elçisi Tünzalə Ağayeva eyni ənənəni bu il də Avropa Qran Prisində davam etdirəcək. 

Tünzalə Ağayeva

Avropa Qran Prisinin rəsmi elçisi adına layiq görülən Rəhim Əliyev 2010-cu ildən bəri "İdman-Azərbaycan" kanalında efirə gedən və Azərbaycanda Formula 1 haqqında yayımlanan yeganə verilişin şərhçisidir. O, ölkədə Formula 1 həvəskarlarını bir araya gətirən azarkeş klubunun da rəhbəridir. 


Rəhim Əliyev 

Rəsmi elçi seçilən Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda Formula 3 pilotudur. Bu gənc pilot ötən ayın sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş "Formula Gulf 1000" yarışında ən yaxşı nəticə göstərərək birinci yerin sahibi olub. 

Gülhüseyn Abdullayev

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai rəsmi elçilərin sayının artacağını deyib. "Biz bu gün F1 Avropa Qran Prisinin təbliğində öz imkanlarını səfərbər edəcək rəsmi elçilərin ilk üçünün adını açıqlayırıq və onların sırasına tezliklə yenilərini əlavə edəcəyik. Azərbaycanlılarla yanaşı xarici ulduzlar arasından seçilmiş elçilərimiz də olacaq. Onlar Avropa başda olmaqla Formula 1 yarışına marağın olduğu hər yerdə bu yarış həvəskarlarına Avropa Qran Prisini tanıdacaqlar".

2016-cı il Formula 1 Avropa Qran Prisinin 17-18-19 iyun 2016-cı ildə keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun:
"Azərbaycanda "Formula-1" 5 il məcburi keçirilməlidir"
Azərbaycan "Formula 1"ə nə qədər xərcləyəcək?
Bakının "Formula 1" hazırlığı başladı (FOTO)
Bakıda Formula 1-in biletinin qiymətləri açıqlandı