Kasilyas 10-cu saniyədə top buraxdı
8 Fevral 2016 18:57 İdmanPortuqaliya çempionatının 21-ci turu sürpriz nəticə ilə yadda qalıb. "Porto" öz meydanında "Arouka" klubuna uduzub 1:2. Goal.az xəbər verir ki, "Porto"nun qolkiperi İker Kasilyas artıq 10-cu saniyədə topu tordan çıxarmalı olub. Valter Qonzalez ispan qapıçısını 2 dəfə məyus edib.
Bu, 2014-cü ildən sonra "Porto"nun evdə ilk məğlubiyyəti olub. Çempionatda 21 turdan sonra "əjdahalar" turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31