"Çin klubları transferdə 100 milyon dollar həddini asanlıqla aşacaqlar"

"Jiangsu Suning"in hücumçusu Tim Keyhill Çin klublarının səs-küylü transferlərə imza atmasına münasibət bildirib. Goal.az xəbər verir ki, avstraliyalı futbolçu bu barədə deyib: "Çində ilk dəfə olanda insanların futbola marağını görürdüm. Onların nə etmək istədiklərini bilirdim. Son illərdə baş verən proqres, sadəcə, heyrətləndirir. Hazırkı klublar güc toplayıb və çinlilər qarşıya məqsəd qoyursa, o məqsədə çatırlar. Lazımsız şeylərdən isə tez də yaxa qurtarırlar. Çin Superliqasında böyük kadr potensialı var. Ağılasığmaz dəyişikliklər müşahidə edirəm, amma temp artmaqdadır. Möhtəşəm bir şeyin şahidi olacağıq. Tezliklə Çin klubları transferdə 100 milyon dollar həddini asanlıqla aşacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31