Azərbaycan millisi reytinq siyahısında geriləyib

Futzal üzrə Avropa çempionatının final mərhələsinin qrup oyunlarından sonra milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması siyahıda 12-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 1401 xal var. Serbiyadakı qitə çempionatında İtaliyaya 0:3 hesabı ilə uduzub, Çexiyanı 6:5 hesabı ilə məğlub edən millimiz ötən ayla müqayisədə hesabına 13 xal əlavə edib. 1/4 finala yüksələn yığmamız dünya reytinqində mövqeyini əldən verib. Belə ki, 13 xal qazanmasına baxmayaraq, yığmamız 1 pillə geriləyib. Ötən ay 11-ci olan komandamızın bu aqibəti yaşamasına səbəb isə Serbiyadı. Balkanlılar 2 pillə irəliləyib, Azərbaycanla Paraqvayı arxada qoyub. Sonuncular Qazaxıstanı da önə buraxıb.

Qeyd edək ki, ümumilikdə 154 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir - 1923 xal.

Dünyanın ən güclü 15 millisi
1. İspaniya - 1928
2. Braziliya - 1909
3. Rusiya - 1734
4. İtaliya - 1700
5. Argentina - 1624
6. İran - 1609
7. Portuqaliya - 1555
8. Ukrayna - 1508
9. Yaponiya - 1427
10. Kolumbiya - 1424
11. Serbiya - 1415
12. AZƏRBAYCAN - 1401
13. Qazaxıstan - 1366
14. Paraqvay - 1361
15. Sloveniya - 1336

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31