Azərbaycan beynəlxalq turnirdə üçüncü oldu
8 Fevral 2016 11:52 İdmanTürkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan turnir başa çatıb. Azərbaycan Güləş Federasiyasından " OLAYLAR"-a daxil olan məlumata görə, sayca 44-cü dəfə keçirilən beynəlxalq turnirdə sərbəst güləşçilərimiz də uğura imza atıb. Belə ki, sərbəst güləşilərimiz beynəlxalq turniri ümumilikdə 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub. Yığmamız komanda hesabında Türkiyə və Monqolustandan sonra üçüncü yerdə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31