Boksçularımız beynəlxalq yarışı 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurdu
8 Fevral 2016 11:23 İdmanMacarıstanda boks üzrə keçirilən beynəlxalq turnirdə komandamız 4 medal qazanıb. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, qazanılan medalların 1-i qızıl, 2-si gümüş, 1-i bürüncdür. Qızıl medalı Tayfur Əliyev (56 kq), gümüş medalları Kamran Şahsuvarlı (75 kq) və Lorenzo Sotomayor (64 kq), bürünc medalı isə Teymur Məmmədov (81 kq) qazandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31