Futbol qaydasında dəyişiklik - Aut atışı ləğv olundu
5 Fevral 2016 18:58 İdmanBelçika futbolu qeyri-adi qərarla gündəmə gəlib. Qafqazinfo bildirir ki, sözügedən ölkənin Flaman bölgəsində 9 yaşadək liqalarda aut atışı yığışdırılacaq. Türkiyə mətbuatının yazdığına görə, həmin regionun futbol federasiyasının bu qərarına səbəb aut atışı zamanı uşaqların topa başla vurması nəticəsində alına biləcək zədələr göstərilib. Bunun qarşısını almaq üçün aut atışlarını əllə deyil, ayaqla yerinə yetirmək qərarı verilib.
Qeyd edək ki, mütəxəssislər bu qərarın 13 yaşa qədər qaldırılmalı olduğunu da vacib biliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31