Stolüstü tennis üzrə “TOP-8” turniri başa çatıb
5 Fevral 2016 15:47 İdmanMilli komandanın üzvləri arasında keçirilən respublika "TOP-8" turniri başa çatıb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki,"Şüa" İdman-Sağlamlıq Kompleksində təşkil olunan turnirin məqsədi ölkədə stolüstü tennisi təbliğ etmək, güclü idmançıları və onların reytinqini müəyyən etməkdən ibarət olub. Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydaları üzrə keçirilən turnirdə qələbə uğrunda 16 idmançı mübarizə aparıb. Kişi və qadın tennisçilərin görüşləri şəxsi xarakter daşıyıb. Yarışda stolüstü tennis üzrə qadınlardan və kişilərdən ibarət ən yaxşı səkkizlik müəyyənləşib. Turnirin yekununa görə, qadınların yarışında ilk üç yeri Miao Vanq, Çen Xintai və Məryəm İmanova, kişilərdə isə Yanq Hinyu, Vanq Çenxi və Xəyal Həşimli tutublar.