Bakı klubu Çempionlar Liqasının oyununu boykot edir

Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu ciddi maliyyə problemi ilə üzləşib. Qol.az  bildirir ki, klub rəhbərliyinin oyunçulara 3 aydır maaş ödəməməsi narazılığa səbəb olub. Voleybolçular belə bir qərara gəliblər ki, maaşlar qısa müddətdə ödənilməsə, "Lokomotiv" gələn həftə Çempionlar Liqasında "Volero" (Sürix) ilə oyunda meydançaya çıxmayacaqlar.

Qeyd edək ki, sözügedən qarşılaşmanın fevralın 10-da Bakıda keçirilməsi nəzərdə tutulub. Əgər "Lokomotiv" oyuna çıxmasa, bu halda Avropa Voleybol Federasiyası tərəfindən həm kluba, həm də Azərbaycan Voleybol Federasiyasına ciddi sanksiyaların tədbiqi qaçılmaz olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31