"Barselona"dan 7 top, Messi karyerasında 500-cü qolunu vurub
4 Fevral 2016 07:46 İdmanİspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi karyerasında 500-cü qolunu vurub.
APA xəbər verir ki, bu, İspaniya Kuboku çərçivəsində "Valensiya" ilə matçda baş verib.
"Kamp Nou" stadionunda keçirilən ilk yarımfinal qarşılaşmasında "Barselona" rəqibini 7:0 hesabı ilə darmadağın edib. Lionel Messi oyunda "xet-trik"-ə imza ataraq karyerasında vurulan qolların sayını 501-ə çatdırıb.
Qeyd edək ki, Messi "Barselona"nın heyətində 436, Argentina millisinin heyətində isə 65 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31