"Futbol üçün darıxmışam"

"İnter" klubunun böyük ümidlərlə transfer etdiyi Rauf Əliyev yarım ildir ki, zədə ucbatından komandasına kömək edə bilmir. Goal.az saytına açıqlamasında Rauf hazırkı vəziyyət barədə danışdı: "Şükürlər olsun ki, işlər qaydasında gedir. Artıq sağalmağa başlamışam. Hazırda tam məşq edə bilmirəm. İndi ancaq yüngül qaçışla kifayətlənirəm. Həqiqətən, futbol üçün darıxmışam. Tezliklə sağalıb meydana çıxmaq üçün səbirsizlənirəm. Həkimlər deyir ki, maya kimi tam sağala və məşqlərə başlaya bilərəm. Amma onda da yenidən müayinə olacam ki, problem olub olmadığı dəqiq bilinsin. İstəyirəm tez sağalım və komandamıza kömək edim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31